
Gündəm / Sosial / Təhsil
15.09.2026, 09:48
Tahir Mirkişili Bilik Günü münasibətilə təbrik paylaşımı edib

Milli Məclisin deputatı Tahir Mirkişili 15 Sentyabr – Bilik Günü münasibətilə şagird, tələbə və müəllimləri təbrik edib.
Millixeber.az xəbər verir ki, Deputat bu barədə özünün “Facebook” səhifəsində paylaşım edib.
“Dünyanı dəyişmək və özümüzü inkişaf etdirmək üçün istifadə edə biləcəyimiz ən güclü alət təhsildir. Bu gün təhsilin ilk pilləsinə qədəm qoymuş şagird və tələbələrimizi, onlara dərs deyən müəllimlərimizi tədris ilinin başlanması münasibətilə təbrik edirəm”, – deyə Tahir Mirkişili qeyd edib.
Deputat təhsilalanlara daim bilikli, bacarıqlı, innovativ və vətənpərvər olmağı arzulayıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












