Azərbaycan sabitliyin, əməkdaşlığın və sülhün təşviqində mühüm rolu olan etibarlı tərəfdaş kimi çıxış edir ŞƏRH


Prezident İlham Əliyevin Sülh Şurasının ilk iclasında iştirakı həm ölkəmizin beynəlxalq nüfuzunun artmasının, həm də qlobal sülh təşəbbüslərində fəal iştirakının bariz göstəricisidir. Bu səfər, eyni zamanda, Azərbaycanın strateji tərəfdaşlıq siyasətinin, regional və qlobal təhlükəsizlik gündəliyində artan rolunun mühüm təsdiqidir.

Millixəbər.az xəbər verir ki, Bəbu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

Deputat bildirib ki, Sülh Şurasının ilk iclası beynəlxalq təhlükəsizlik, münaqişələrin həlli və dialoq mexanizmlərinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin bu mühüm platformada iştirakı Azərbaycanın artıq təkcə regional deyil, qlobal miqyasda söz sahibi olan dövlət kimi qəbul edildiyini göstərir. Azərbaycan son illərdə balanslaşdırılmış xarici siyasəti, müxtəlif siyasi qütblər arasında körpü rolunu oynaması və multikultural dəyərlərə verdiyi töhfələrlə beynəlxalq etimad qazanıb. Prezidentin bu iclasda iştirakı Azərbaycanın sülhə, sabitliyə və əməkdaşlığa verdiyi real töhfələrin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini təsdiqləyir.

J.Əliyevanın sözlərinə görə, Vaşinqton kimi qlobal siyasi qərarların qəbul olunduğu bir mərkəzdə keçirilən bu tədbirdə Prezident İlham Əliyevin iştirakı həm də ölkəmizin müstəqil siyasət yürüdən, milli maraqlarını qətiyyətlə müdafiə edən, eyni zamanda, beynəlxalq əməkdaşlığa açıq dövlət olduğunun bariz nümunəsidir. Azərbaycanın beynəlxalq platformalarda fəal iştirakı ölkənin diplomatik uğurlarının davamlı xarakter daşıdığını nümayiş etdirir. Prezident İlham Əliyevin diplomatik fəaliyyəti və təşəbbüsləri bu prosesdə həlledici rol oynayır. Dövlətimizin başçısının Vaşinqtona səfəri və Sülh Şurasının ilk iclasında iştirakı, həmçinin Azərbaycanın xarici siyasətində yeni imkanlar açır.

“Bir sözlə, Prezident İlham Əliyevin Sülh Şurasının iclasında iştirakı Azərbaycanın artıq qlobal siyasi proseslərin fəal iştirakçısına çevrildiyini bir daha sübut edir. Bu səfər Azərbaycanın sülh təşəbbüslərinə verdiyi töhfənin, diplomatik gücünün və strateji əhəmiyyətinin növbəti mühüm təsdiqidir. Bu, eyni zamanda, onu göstərir ki, dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan yalnız regionda deyil, beynəlxalq miqyasda da sabitliyin, əməkdaşlığın və sülhün təşviqində mühüm rol oynayan etibarlı tərəfdaş kimi çıxış edir”, - deyə o əlavə edib.

Son xəbərlər

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

Bütün xəbərlər