10 İLDƏN SONRA DÖVLƏT HƏR KƏSƏ YÜKSƏK GƏLİR ÖDƏMƏLİ OLACAQMI?


ABŞ-da süni intellekt yaradan və inkişaf etdirən şikətlərin nümayəndələrinin belə bir fikri var ki, 5 ilə Süni İntellekt bütün insanların cəmi intellektini keçəcək. 10 ilə isə fiziki işlərdə Robotlar xeyli paya sahib olacaqlar. Bu, həm heyranlıqdır, həm də qorxu.

Bu reallıq Yer kürəsindəki bütün nizamı dəyişəcək. Amma biz məsələnin iqtisadi tərəfinə toxunmaq istərdik.

Əvvəla, qeyd edim ki, mövcud iqtisadi sistemin 3 əsas institutu var:
Əmək , Gəlir və Pul.

Gəlir əldə etmək üçün işləmək lazımdır, istehlakı tənzimləmək üçün isə pul lazımdır. Sadə desək, bu günkü iqtisadiyyat belə işləyir: Əmək-Maaş-İstehlak

Əgər Sİ intellektual işi, Robotlar isə fiziki işi əvəz etsə, o zaman istehsal üçün insan əməyinə ehtiyac azala bilər. Yəni, iqtisadiyyat daha çox məhsul istehsal edəcək (böyüyəcək), amma bunun üçün az insan əməyinə ehtiyac duyacaq.

Yəni, yeni iqtisadiyyatda gəlir əldə etməyin əsas mənbəyi artıq işləmək olmayacaq. Bu gün baha və uzun müddətə başa gələn məhsulları Sİ çox ucuz, qısa müddətə və bol sayda istehal edə biləcək.

Bəs onda insanlar gəliri hardan əldə edəcəklər? Bu gün gəlirin əsas mənbəyi maaş, sahibkarlıq və kapitaldan (Məsələn, depozitdən) əldə edilir. Amma Süni İntellekt məhsuldarlığı yüksəldərsə, o zaman əldə edilən gəlirin böyük hissəsi Sİ-tə, robotlara, Data Mərkəzlərinə və kapitala sahib olanlara çatacaq.

Bu isə istehlak baxımından ciddi problemlər yarada bilər. Yəni, əgər insanlarda pul yoxsa, o zaman istehsalın məhsuldarlığının artmasının bir iqtisadi mənası qalmır. Çünki, istehlak azalacaq. İstehlak olmasa, onda iqtisadi bolluq kimə lazım?

Demək, istehlakı dəstəkləmək üçün insanlara pul vermək lazım olacaq. Bu yerdə, dövlətin rolu meydana çıxır. Dövlət, Süni İntellektin yaratdığı yüksək məhsuldarlığın bir hissəsini əhaliyə ötürəcəkdir. Vergilər, ödənişlər, icazələr və s. vasitəsilə gəlirlərin yenidən bölüşdürülməsini həyata keçirəcəkdir.

Amma bu artıq, XX əsrin iqtisadiyyatında olduğu kimi, minimum əmək haqqı, minimum yaşayış həddi və s. kimi formasında deyil, Yüksək Gəlir formasında həyata keçirilə bilər. Daha yüksək gəlir əldə etmək istəyənlər isə əsl intellektual işlərlə məşğul olacaqlar.

Pul isə bugünkü iqtisadiyyatdakı mərkəzi rolunu qismən itirə bilər. Çünki, yeni iqtisadi sistemdə çox şeyə sahib olmaq üçün bu qədər pula ehtiyac olmaya bilər. Süni İntellekt bu gün xeyli vəsait tələb edən xidmətləri (hüquqi məsləhət, həkim məsləhəti, fərdi müəllim, taksi xidmətləri, dizayn, istehsal, loqistika və s.) çox ucuz təklif edə biləcəkdir.

Sənaye iqtisadiyyatında əsas defisit resurs kapital idi. XX əsr iqtisadiyyatında isə əmək və bilik idi. Sİ iqtisadiyyatında isə həm əmək, həm də bilik çox ucuz və boldur. Defisit olan isə yalnız kapital ola bilər.

Yeni iqtisadiyyatın əsas problemi artıq nə və necə istehsal edək deyil, istehsal etdiklərimizi necə bölüşdürmək olacaqdır. Bunun üçün isə ciddi datalara, davranış və ekonometrik modellərə ehtiyac olacaqdır.

P.S. Yazı hər kəs üçün anlaşılan olsun deyə peşəkar iqtisadi dildə yazılmayıb.

Tahir Mirkişili

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvü

Son xəbərlər

Müasir təhsil, milli-mənəvi dəyərlər və vətəndaş məsuliyyəti

Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətindən AÇIQLAMA VAR

"Dini şəxsi məqsədlər üçün istismar etməklərinə imkan verməməliyik”

Vüsar İsmayılov: Azərbaycan iqtisadi tərəqqinin və təhlükəsizliyin ən etibarlı tərəfdaşlarından biridir

Geyimlərdəki fərqlilik şagirdin diqqətini təhsildən yayındırır - Nəsib Məhəməliyev

Azər Badamov:Milli dəyərlərin qorunması və dünyəvilik təhsil siyasətinin əsas prinsipləridir

Əhliman Tağıyev: Heç kim din pərdəsi altında dövlətin qanunlarına meydan oxumağı özünə haqq saya bilməz

Dünyəvi təhsil və milli kimlik - Azərbaycanın gələcəyini qoruyan dəyərlər

Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir

Təhsildən başlayan ideoloji təhlükəsizlik: mənəvi dəyərlərlə qanunun aliliyinin vəhdəti

İdeoloji təhlükəsizlik: milli-mənəvi dəyərlərə və dünyəvi dövlətçilik prinsiplərinə sadiqlik

Bakıda 200-dən çox adam saxlanıldı

Komitə sədri: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Milli QHT Forumu: Milli dəyərlərin və dünyəvi təhsilin qorunması üçün ictimai həmrəylik vacibdir

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

YAP Astara rayon təşkilatında VIII Qurultaydan irəli gələn məsələlər müzakirə olunub+FOTO

Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

XX ƏSRİN ƏN NÜFUZLU İQTİSADÇISI KEYNS NİYƏ NOBEL SÜLH MÜKAFATI ALA BİLMƏYİB?

"DƏYƏR VERDİYİN İŞLƏRƏ DƏSTƏK OLMAQ": Nobel mükafatı laureatları pullarını nəyə xərcləyirlər?

Cəbrayılda minaya düşən şəxsin atası da minaya düşüb

Rəqəmsal məkanda kibertəhdidlərə qarşı vətəndaş məsuliyyəti gücləndirilməlidir - MÜSAHİBƏ

Müstəqil xarici siyasətin digər mühüm dayağı güclü iqtisadiyyat və iqtisadi müstəqillikdir

Orta Dəhlizdə Azərbaycanın artan rolu...

Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir

YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı müşavirə keçirilib

İlk dəfə bacısı və qardaşı ilə foto paylaşdı

Fidan Mansurova BU VƏZİFƏYƏ təyin olundu - FOTO

Dini komitənin sədrindən MESAJ: "Gənclər xurafatla sağlam dini yanaşmanı fərqləndirməlidir"

MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə

Tahir Mirkişili: Azərbaycanın Məşvərət görüşünə tamhüquqlu qoşulması regional əməkdaşlıq üçün yeni imkanlar yaradır

YAP Sumqayıt şəhər təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub

Prezidentdən SƏRƏNCAM - Yüksək vəzifəyə təyin olunanSəbuhi Əliyev kimdir?

Bütün xəbərlər