Tahir Mirkişili:Türk dünyası Azərbaycana strateji dərinlik, Qafqaz regional çəki, İslam dünyası iqtisadi-siyasi imkanlar verir


Azərbaycanın bugünkü geosiyasi mövqeyinə yalnız xəritə üzərindən baxmaq kifayət deyil. Çünki Azərbaycan eyni vaxtda üç böyük siyasi və iqtisadi məkanın - Türk dünyasının, Qafqazın və İslam dünyasının daxilində yerləşir.

Bunu "Report"a açıqlamasında Milli Məclisin üzvü Tahir Mirkişili Prezident İlham Əliyevin 15 sentyabrda TDT-nin Baş katibini, TDT-nin müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini, Yəhya Bakuvi beynəlxalq Konfransının həmtəşkilatçılarını və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən səsləndirdiyi fikirləri şərh edərkən bildirib.

Deputat bunu şərti olaraq "Üç dairə strategiyası" adlandırdığını deyib.



Tahir Mirkişili
"Bu yanaşmanın əsas mahiyyəti odur ki, Azərbaycanın gücü yalnız bu üç məkanın hər birində iştirak etməsində deyil, onların kəsişməsində yerləşməsindədir. Türk dünyası Azərbaycan üçün ortaq tarix və mədəniyyətlə yanaşı, getdikcə daha çox iqtisadi inteqrasiya, nəqliyyat, enerji və ticarət məkanıdır. Xüsusilə Orta Dəhlizin əhəmiyyətinin artması Azərbaycanı Türkiyə ilə Mərkəzi Asiya arasında strateji əlaqələndirici dövlətə çevirir".
Tahir Mirkişili ikinci dairənin Qafqaz olduğunu deyərək bildirib ki, burada əsas məsələ regionun münaqişə coğrafiyasından əməkdaşlıq və kommunikasiya coğrafiyasına çevrilməsidir.

"Azərbaycan üçün məqsəd sadəcə tranzit ölkəsi olmaq deyil, regionda logistika, enerji, istehsal və ticarət axınlarının idarə olunduğu iqtisadi qovşağa çevrilməkdir.

Üçüncü dairə isə İslam dünyasıdır. Bu məkan böyük enerji ehtiyatlarını, sürətlə inkişaf edən bazarları və nəhəng investisiya kapitalını birləşdirir. Azərbaycanın dünyəvi dövlət modeli, Türk dünyası ilə yaxınlığı və Avropa ilə iqtisadi əlaqələri ona bu məkanlar arasında xüsusi əlaqələndirici rol verir".

Milli Məclisin üzvünün sözlərinə görə, əsas məsələ bu üç istiqaməti bir-birinə alternativ kimi deyil, bir-birini tamamlayan strateji imkanlar kimi görməkdir.

"Azərbaycan Prezidentinin yürütdüyü qlobal strateji siyasət bu imkanların reallaşmasına hədəflənib. Azərbaycanın gələcək uğuru yalnız ölkəmizdən nə qədər yükün və enerjinin keçməsi ilə ölçülmür. Daha mühüm hədəf bu axınların yaratdığı əlavə dəyərin böyük hissəsini Azərbaycanda saxlamaqdır.

Bunun üçün tranzit iqtisadiyyatından qovşaq iqtisadiyyatına keçid hədəflənir. Logistika, maliyyə, sığorta, rəqəmsal gömrük, data infrastrukturu, sənaye və yüksək əlavə dəyər yaradan xidmətlər bu strategiyanın iqtisadi əsasını təşkil edəcəkdir".

O qeyd edib ki, müasir dünyada dövlətlərin gücü artıq yalnız ərazi, əhali, ordu və ÜDM-lə ölçülmür:

"Getdikcə daha mühüm amil dövlətin beynəlxalq şəbəkələrdə tutduğu mövqedir və bundan əldə etdiyi faydalardır. Azərbaycan üçün əsas strateji üstünlük də məhz budur. Türk dünyası Azərbaycana strateji dərinlik, Qafqaz regional çəki, İslam dünyası isə daha geniş iqtisadi və siyasi imkanlar verir. Bu üç dairənin kəsişməsində yerləşən Azərbaycanın məqsədi sadəcə regionun böyük dövlətlərindən biri olmaq deyil. Daha mühüm məqsəd regionun ən çox ehtiyac duyulan, ən çox əlaqələndirən və əvəz olunması ən çətin dövlətlərindən birinə çevrilməkdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu yolda uğurla irəliləyir".

Son xəbərlər

Tahir Mirkişili:Türk dünyası Azərbaycana strateji dərinlik, Qafqaz regional çəki, İslam dünyası iqtisadi-siyasi imkanlar verir

Tahir Mirkişili Sumqayıtda növbəti vətəndaş qəbulu keçirib

Azərbaycanın Qarabağ siyasəti: sülh, quruculuq və iqtisadi inkişaf - ŞƏRH

Abşeronda Bilik Günü münasibətilə tədbirlər keçirilib

Hərbi qələbədən böyük quruculuğa: azad Qarabağ inkişaf məkanına çevrilir

Ferhat Pirinççi: Bakı Türk dünyası baxımından unikal və mühüm mərkəzdir

Burhanettin Duran: Türk dünyası güclü koordinasiya ilə hərəkət etməlidir

Tahir Mirkişili Bilik Günü münasibətilə təbrik paylaşımı edib

Pezeşkian Azərbaycanın müstəqilliyi ilə bağlı kitabı öpdü və "mütləq oxuyacam" dedi

UNEC-də “İqtisadi dinamikanın əsasları” dərsliyinin təqdimatı keçirilib

10 İLDƏN SONRA DÖVLƏT HƏR KƏSƏ YÜKSƏK GƏLİR ÖDƏMƏLİ OLACAQMI?

GENDER məsələsi, yoxsa İQTİSADİ data çatışmazlığı?

AQSİA üzvləri AYLA Plastik MMC-nin fəaliyyəti ilə tanış olublar

TƏHSİLDƏ SÜNİ İNTELLEKDƏN İSTİFADƏNİ TƏNZİMLƏMƏK MÜMKÜNDÜRMÜ?

QHT-lərin rəqəmsal dayanıqlılığı və kibertəhlükəsizliyi “NGO Tech Talks” sessiyasında müzakirə olunub

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Zəfər Nəğməsi

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Bütün xəbərlər