
Gündəm / Cəmiyyət / Təhsil
15.09.2026, 21:16
Abşeronda Bilik Günü münasibətilə tədbirlər keçirilib

Abşeron rayonunda 15 sentyabr – Bilik Günü münasibətilə tədbirlər keçirilib.
Novxanı kəndi, Mehdi Hüseynzadə adına 1 nömrəli tam orta məktəbdə Bilik Günü və yeni korpusun istifadəyə verilməsi münasibətilə keçirilən tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşı, məktəbin müəllim və şagird kollektivi, şəhid ailələri və valideynlər iştirak ediblər.
Abdin Fərzəliyev çıxış edərək ölkəmizdə yeniyetmələrin və gənclərin elmə yiyələnməsi, mütəxəssis kimi formalaşması üçün bütün lazimi şəraitin yaradıldığını qeyd etmiş, təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirildiyini vurğulamışdır. Qeyd edilib ki, 1968-ci ildən fəaliyyət göstərən Novxanı kənd 1 nömrəli tam orta məktəb 640 şagird yerlik layihə tutumuna malikdir. Hazırda burada 1293 şagird təhsil alır. Məktəb ötən tədris ilində əsaslı təmir olunub. Yeni korpusun istifadəyə verilməsi təhsil müəssisəsində şagirdlərin təhsil şəraitinin yaxşılaşdırılmasına imkan yaradacaq.
Sonra Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov ölkəmizdə həyata keçirilən təhsil islahatlarından danışaraq qeyd edib ki, artıq bu islahatlar öz mübət nəticələrini verməkdədir.
Tədbir məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şerlər, mahnılar və rəqslərlə davam edib. Sonda tədbir iştirakçıları yeni korpusda yaradılan şəraitlə tanış olublar.
Bakı Mühəndislik Universitetində (BMU) 2026–2027-ci tədris ilinin başlanması münasibətilə keçirilən açılış mərasimində əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi yad olunub.
Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev tələbələri, xüsusilə birinci kurs tələbələrini təbrik edib. Rektor universitetin inkişafı, beynəlxalq əlaqələri və yüksək qəbul göstəriciləri barədə məlumat verib. Bildirib ki, 2026–2027-ci tədris ilində BMU-nu bakalavriat və magistratura səviyyələri üzrə ümumilikdə 3375 nəfər seçib. Bu, universitet tarixində ən yüksək qəbul göstəricisidir. Rektor həmçinin 500–700 bal intervalında nəticə göstərən abituriyentlərin sayının 400 nəfəri ötdüyünü, üç ikili diplom proqramına qəbul planının tam yerinə yetirildiyini və 25-dən çox məzunun xarici universitetlərdə təhsilini davam etdirəcəyini diqqətə çatdırıb.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev tələbələri yeni tədris ili münasibətilə təbrik edib, ölkəmizdə gənclərin təhsili üçün yaradılan imkanlardan danışıb. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq işlərində gənc və peşəkar kadrların rolunu vurğulayan icra başçısı tələbələrin gələcəkdə bu prosesə töhfə verəcəklərinə əminliyini ifadə edib.
Milli Məclisin deputatları Rizvan Nəbiyev və Vüqar Bayramov çıxışlarında tələbələrə təhsil həyatlarında uğurlar arzulayıb, bilik və bacarıqların davamlı inkişaf etdirilməsinin, müasir texnologiyalar və süni intellekt sahəsində biliklərə yiyələnməyin əhəmiyyətini qeyd ediblər.
Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova müəllim və tələbə heyətini yeni tədris ili münasibətilə təbrik edib, bilikli və hazırlıqlı gənclərin ailə və cəmiyyət üçün qürur mənbəyi olduğunu bildirib.
Tədbirdə BMU-ya qəbul olunan şəhid övladları xüsusi ehtiramla qarşılanıb və onlara hədiyyələr təqdim edilib. Həmçinin 650-dən yuxarı bal toplayaraq universitetə qəbul olunan tələbələr səhnəyə dəvət olunub və yüksək nəticələrinə görə mükafatlandırılıblar.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay






















