Dörd Prezidentlə işləmiş dövlət müşaviri - FOTO


Tanınmış ictimai xadim, iqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi və Əməkdar dövlət qulluqçusu Vahid Axundov 2025-ci il dekabrın 14-də 84 yaşında vəfat edib.

Modern.az-ın məlumatına görə, mərhum Vahid Axundov 4 iqtidarın Prezidenti ilə işləməklə müstəqil Azərbaycanın siyasi tarixinə uzun müddət eyni post tutmuş vəzifəli şəxslərdən biri kimi düşüb.

Vahid Axundov 1991-ci ilin oktyabrında Prezident Aparatına vəzifəyə gətirilmişdi. O, 4 prezidentlə - Ayaz Mütəllibov, Əbülfəz Elçibəy, Heydər Əliyev və İlham Əliyevlə işlədi.



İqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri əvvəlcə eks-prezident Ayaz Mütəllibovun komandasına daxil olub.

O, Mütəllibovun komandasında 04.10.1991 - 31.10.1991-ci illərdə Prezident Aparatında dövlət başçısının müşaviri, 31.10.1991 - 06.05.1993-cü illərdə yenə “Ağ ev”də iqtisadi siyasət üzrə dövlət müşaviri postunu tutub.

Yeri gəlmişkən, 1992-ci ildə Mütəllibov hakimiyyətdən getmiş, prezidentliyə isə Əbülfəz Elçibəy gəlmişdi. Amma V.Axundov Prezidentin İcra Aparatındakı vəzifəsini qorumaqla Elçibəyin də komandasında yer ala bilmişdi.

Doğrudur, sonralar onu çox qısa müddətə (14.05.1993 - 23.11.1993) Nazirlər Kabinetinin İqtisadi siyasət və beynəlxalq əməkdaşlıq mərkəzinə direktor vəzifəsinə göndərdilər. Amma V.Axundovun Nazirlər Kabinetində qalması uzun zaman çəkmədi...

1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndən az sonra (04.11.1993-cü ildə) onu yenidən Prezident Aparatına qaytardılar. Bu dəfə Heydər Əliyevin komandasına daxil olan Vahid Axundov yenə iqtisadi siyasət üzrə dövlət müşaviri postunda əyləşdi.

2003-cü ildə İlham Əliyevin Prezident seçilməsindən sonra da Vahid Axundov vəzifə kürsüsünü qoruya bildi. O, 2003-dən ta 2017-ci ilin iyun ayınadək Prezident Administrasiyasında iqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri postunu tutdu.

2017-ci ildə Prezident Adminstrasiyasında edilən struktur dəyişikliyi nəticəsində müşavirlik institutu ləğv olundu. Nəticədə İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri postu da ixtisara düşdü. Bununla da həmin vaxt 75 yaşı olan V.Axundov təqaüdə göndərildi.

Vahid Axundovun dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyəti və iqtisad elminin inkişafındakı xidmətləri yüksək qiymətləndirilib. O, 1992-ci ildə “Əməkdar elm xadimi”, 2006-cı ildə “Əməkdar dövlət qulluqçusu” fəxri adlarına layiq görülüb, 2007-ci ildə “Şöhrət”, 2012-ci ildə “Şərəf” ordenləri ilə təltif edilib.

Son xəbərlər

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

Bütün xəbərlər