
Dünya
6.02.2023, 14:40
Türkiyədəki zəlzələdə tarixi qala da dağıldı - FOTO/VİDEO
Türkiyədə baş verən zəlzələ nəticəsində tarixi qala dağılıb.
Türkiyə mediası xəbər verir ki, mərkəz Şahinbey mahalındakı tarixi Qaziantep qalasının şərq, cənub və cənub-şərq hissəsindəki bəzi qalalar dağılıb.
Qalanın ətrafındakı dəmir məhəccərlər səkilərə səpələnib. Qalanın yanındakı istinad divarı da uçub.
Digər tərəfdən, qalanın yanında yerləşən və 17-ci əsrdə tikildiyi deyilən tarixi Şirvani məscidinin günbəzi və şərq divarı qismən zərər görüb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay