Sumqayıtda “Əsrin müqaviləsindən – Suverenliyə” mövzusunda elmi-praktik konfrans keçirilib


Sumqayıt şəhərində Azərbaycanın müasir tarixinin mühüm hadisələrindən biri olan “Əsrin müqaviləsi”nin ölkənin iqtisadi inkişafı və milli dövlətçilik tarixində rolu, eləcə də Azərbaycanın əldə etdiyi tarixi Zəfər və suverenliyinin tam bərpası mövzusunda elmi-praktik konfrans keçirilib.

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının, Sumqayıt Şəhər İcra Hakimiyyətinin və “Azərikimya” İstehsalat Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir “Əsrin müqaviləsindən – Suverenliyə” mövzusuna həsr olunub.
Konfransda dövlət və ictimaiyyət nümayəndələri, Milli Məclisin deputatları, şəhər ictimaiyyətinin fəalları, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edənlər Azərbaycanın müstəqillik tarixində mühüm əhəmiyyət daşıyan “Əsrin müqaviləsi”nin imzalanmasının ölkənin iqtisadi inkişafında, enerji sektorunun modernləşdirilməsində və Azərbaycanın dünya enerji təhlükəsizliyində etibarlı tərəfdaşa çevrilməsində mühüm rol oynadığını bildiriblər.
Qeyd olunub ki, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi və siyasi inkişafında yeni mərhələnin əsasını qoymaqla yanaşı, ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsinə və milli maraqlara əsaslanan müstəqil siyasətin həyata keçirilməsinə mühüm imkanlar yaradıb.
Konfransda Milli Məclisin deputatı Tahir Mirkişili də çıxış edib.
Deputat çıxışında Azərbaycanın son onilliklər ərzində keçdiyi inkişaf yoluna nəzər salaraq, ölkənin iqtisadi gücü ilə siyasi müstəqilliyi və milli təhlükəsizliyi arasında qarşılıqlı əlaqələrə diqqət çəkib. Bildirib ki, enerji sektorunda həyata keçirilən strateji layihələr Azərbaycanın iqtisadi potensialının artmasına, dövlətin maliyyə imkanlarının genişlənməsinə və uzunmüddətli inkişaf strategiyasının reallaşdırılmasına mühüm töhfələr verib.
Tahir Mirkişili “Əsrin müqaviləsi”nin Azərbaycanın gələcək inkişafı üçün yaratdığı imkanlardan danışaraq, ölkənin iqtisadi gücünün artırılmasının sonrakı mərhələlərdə milli məqsədlərin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Çıxış zamanı Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasının ölkənin müasir tarixində yeni mərhələ açdığı qeyd edilib.
Bildirilib ki, iqtisadi qüdrətin möhkəmləndirilməsi, milli maraqlara əsaslanan ardıcıl dövlət siyasəti və ölkənin müdafiə potensialının gücləndirilməsi Azərbaycanın öz suverenliyini təmin etməsi üçün mühüm amillərdən olub.
Konfransda “Əsrin müqaviləsi”ndən başlayan enerji strategiyasının Azərbaycanın iqtisadi inkişafına təsiri, ölkənin regional və beynəlxalq mövqelərinin möhkəmlənməsi, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri və Azərbaycanın yeni inkişaf mərhələsi ilə bağlı fikir mübadiləsi aparılıb.


Son xəbərlər

Müasir təhsil, milli-mənəvi dəyərlər və vətəndaş məsuliyyəti

Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətindən AÇIQLAMA VAR

"Dini şəxsi məqsədlər üçün istismar etməklərinə imkan verməməliyik”

Vüsar İsmayılov: Azərbaycan iqtisadi tərəqqinin və təhlükəsizliyin ən etibarlı tərəfdaşlarından biridir

Geyimlərdəki fərqlilik şagirdin diqqətini təhsildən yayındırır - Nəsib Məhəməliyev

Azər Badamov:Milli dəyərlərin qorunması və dünyəvilik təhsil siyasətinin əsas prinsipləridir

Əhliman Tağıyev: Heç kim din pərdəsi altında dövlətin qanunlarına meydan oxumağı özünə haqq saya bilməz

Dünyəvi təhsil və milli kimlik - Azərbaycanın gələcəyini qoruyan dəyərlər

Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir

Təhsildən başlayan ideoloji təhlükəsizlik: mənəvi dəyərlərlə qanunun aliliyinin vəhdəti

İdeoloji təhlükəsizlik: milli-mənəvi dəyərlərə və dünyəvi dövlətçilik prinsiplərinə sadiqlik

Bakıda 200-dən çox adam saxlanıldı

Komitə sədri: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Milli QHT Forumu: Milli dəyərlərin və dünyəvi təhsilin qorunması üçün ictimai həmrəylik vacibdir

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

YAP Astara rayon təşkilatında VIII Qurultaydan irəli gələn məsələlər müzakirə olunub+FOTO

Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

XX ƏSRİN ƏN NÜFUZLU İQTİSADÇISI KEYNS NİYƏ NOBEL SÜLH MÜKAFATI ALA BİLMƏYİB?

"DƏYƏR VERDİYİN İŞLƏRƏ DƏSTƏK OLMAQ": Nobel mükafatı laureatları pullarını nəyə xərcləyirlər?

Cəbrayılda minaya düşən şəxsin atası da minaya düşüb

Rəqəmsal məkanda kibertəhdidlərə qarşı vətəndaş məsuliyyəti gücləndirilməlidir - MÜSAHİBƏ

Müstəqil xarici siyasətin digər mühüm dayağı güclü iqtisadiyyat və iqtisadi müstəqillikdir

Orta Dəhlizdə Azərbaycanın artan rolu...

Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir

YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı müşavirə keçirilib

İlk dəfə bacısı və qardaşı ilə foto paylaşdı

Fidan Mansurova BU VƏZİFƏYƏ təyin olundu - FOTO

Dini komitənin sədrindən MESAJ: "Gənclər xurafatla sağlam dini yanaşmanı fərqləndirməlidir"

MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə

Tahir Mirkişili: Azərbaycanın Məşvərət görüşünə tamhüquqlu qoşulması regional əməkdaşlıq üçün yeni imkanlar yaradır

YAP Sumqayıt şəhər təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub

Prezidentdən SƏRƏNCAM - Yüksək vəzifəyə təyin olunanSəbuhi Əliyev kimdir?

Bütün xəbərlər