“Bakıda Türkiyədəki kimi zəlzələ baş versə, ölkəyə 50 milyard ABŞ dolları məbləğində zərər vuracaq”.

Bunu ölkənin sığorta şirkətlərindən birinin Direktorlar Şurasının sədri Rəşad Əhmədov Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib. O qeyd edib ki, katasrofik risklərin idarə edilməsi çərçivəsində yaxın tarixə baxsaq, 1999-cu ilə Türkiyənin Mərmərə bölgəsində baş vermiş zəlzələ nəticəsində 20 milyard dollarlıq birbaşa, 50 milyard dollarlıq isə bilavasitə zərər oldu:

“Halbuki, bu dövrdə ümumi zərərin 10 %-i belə sığortalı deyildi. Odur ki, yükün böyük hissəsi dövlətin üzərinə düşdü. 2023-cü ildə baş vermiş Kahramanmaraş zəlzələsi zamanı isə 105 milyard dollarlıq zərər ortaya çıxdı.

Bu zərərin yalnız 5 milyard dollarını sığorta şirkətləri qarşıladı.

Azərbaycanla müqayisə aparmağa çalışıram. Düzdür, Türkiyənin ərazisi böyükdür, ancaq bu, o demək deyil ki, biz onlardan 10 dəfə kiçik əraziyə malik olduğumuz üçün zərər 10 dəfə az olacaq. Müqayisə üçün deyə bilərəm ki, təkcə Bakıdakı Heydər Əliyev Mərkəzinin və Alov Qüllələri Kompeksinin inşasının dəyəri 1 milyard ABŞ dollarından çoxdur. Son 20 ildə Bakıda dövlət sifarişi ilə tikilən, bundan başqa özəl şirkətlərin inşa etdiyi binalar var.

Zəlzələ baş verdikdə nə qədər böyük kotostrofik risklə qarşı-qarşı qaldığımızı təsəvvür edə bilərsiniz. Nəzərə alaq ki, Azərbaycanda bu risklərin heç 10 %-i sığortalanmayıb. Digər 90 % necə qarşılanacaq, iqtisadiyyat necə bir yüklə qarşı-qarşıya qalacaq, bu pulu haradan tapacağıq, bütün bunlar sualdır".

Qeyd edək ki, bu gün ölkədə, xüsusilə paytaxtda istismara yararsız evlər, binalar var və bununla yanaşı, çox sayda yeni binalar inşa edilib. Zəlzələ baş verərsə, ilk növbədə hansı binaları təhlükə gözləyir?

Tikintidə təhlükəsizlik üzrə mütəxəssis Samir Nəbiyev “Cebheinfo.az”-a bildirib ki, zəlzələ və yaxud hər hansı fövqəladə hal zamanı ilk növbədə istismar müddətini bitirmiş binalar yararsız vəziyyətə düşəcək:




“Yeni tikilən binalara gəldikdə isə Bakıda “tikinti bumu” 2010-cu ilə qədər daha qarışıq səviyyədə olmuşdu. Ancaq 2010-cu ildən sonra tikinti norma və qaydalarına riayət olunub. 2000-2010-cu illər ərzində tikilən binalar nəzarətsiz olub. Ondan sonra daha yüksək keyfiyyətli tikinti prosesi həyata keçirilib”.

Qiymətləndirmə məsələsinə gəldikdə, ekspert deyir ki, müvafiq icra orqanları həmin binaların zəlzələyə davamlılıq, beton, armatur və yaxud aparıcı hissələrini mütləq şəkildə yoxlamalıdır:

“Buna uyğun qərar verilməlidir. Digər aidiyyəti qurumlar maliyyə vəsaitini hesablamalıdır ki, nə qədər maddi ziyanın dəyməsi mümkündür”.

Qeyd edək ki, daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, Bakı şəhərində 11 minə qədər istismar müddətini bitirmiş köhnə çoxmənzilli yaşayış binaları var. Həmsöhbətimiz isə deyir ki, çox sayda fərdi yaşayış evləri sökülməlidir:

“Bu evlər artıq yaşayış üçün yararsızdır. Əslində, vətəndaşlar özləri cəhd etməlidirlər ki, bu proses sürətlənsin. Çünki bir binanın sökülüb-tikilməsi ən azı 3 il vaxt alır. Bundan əlavə, vətəndaşın əmlakı dəyərlənir”.

Son xəbərlər

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

U-17 (yeniyetmələr) dünya çempionatlarının nəticələrinin müqayisəsi (Bakı:2012-2026:)

Deputat: "Azərbaycanın dövlət rəsmiləri onların qarşısına çıxmaqdan çəkinmir, "söyüş müxalifəti" isə eyni ssenarini təkrarlayır"

Bütün xəbərlər