Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi Azərbaycandakı dini konfessiya nümayəndə heyəti fevralın 9-da Vatikanda bir sıra görüşlərdə iştirak edib.

QMİ-nin Mətbuat xidmətindən Millixəbər.az-a bildirilib ki, nümayəndə heyəti əvvəlcə Roma Papası XIV Leo ilə görüşüb.

Qonaqları salamlayan Papa XIV Leo Azərbaycandakı dini konfessiyaların birgə səfərini sülh və insan qardaşlığı nümunəsi kimi dəyərləndirib.

A.Paşazadə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın salamlarını çatdırıb, Azərbaycan-Vatikan əlaqələrinin yüksək səviyyəsini vurğulayıb. O, həmçinin mərhum Papa Fransiskin Azərbaycana səfərini və dini konfessiyaların rəhbərləri ilə görüşünü xatırladıb, bu görüşün də çox əlamətdar olduğunu bildirib. Qeyd edib ki, dövlət səfərləri və dini ictimaiyyət nümayəndələri ilə görüşlər Azərbaycanla Müqəddəs Taxt-Tac arasında münasibətləri və dinlərarası dialoqu gücləndirir. QMİ sədri Vatikanda nümayəndəliyin təsis olunmasının bu prosesə töhfə verəcəyini bildirib.

Şeyxülislam Bakıda inşa olunan ikinci katolik kilsəsinin açılışında Papa XIV Leonun da iştirakını arzulayıb. Həmçinin 2027-ci ildə Azərbaycan–Vatikan diplomatik münasibətlərinin 35 illiyi və Heydər Əliyev ilə Papa II İohann Pavelin ilk görüşünün 30 illiyi münasibətilə Roma Papasını ölkəyə dəvət edib. Bununla əlaqədar QMİ sədri Azərbaycandakı Dini Konfessiyaların Məşvərət Şurası adından dəvət məktubunu XIV Leoya təqdim edib.

Görüş zamanı Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Yepiskop Vladimir Fekete Azərbaycandakı dinlərarası münasibətlərin yüksək səviyyəsindən, Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev etnik-dini harmoniya mühitindən, Alban-udi Xristian Dini İcmasının sədri Robert Mobili alban-udi irsinin qorunmasından, Sefarad yəhudiləri Bakı icmasının rəhbəri Zamir İsayev isə tolerantlıq mühitindən danışıb. Azərbaycan dinlərinin tarixi, dini abidələri və tolerantlıq mühiti barədə nəşrlər Papa XIV Leoya hədiyyə edilib.

Nümayəndə heyəti, həmçinin Vatikanın dövlət katibi Kardinal Pyetro Parolin və Müqəddəs Taxt-Tacın Şərq kilsələri üzrə dikasteriyasının prefekti Kardinal Klaudio Qucerotti ilə də görüş olub.

Şeyxülislam A. Paşazadə Heydər Əliyev Fondunun Vatikandakı katakombaların bərpası, muzey və kitabxana əməkdaşlığı, həmçinin Bakıda yeni katolik kilsəsinin tikintisinin multikultural siyasətin nümunəsi olduğunu vurğulayıb. Dinlərarası dialoqun vacibliyi, Azərbaycan-Ermənistan sülh prosesinin əhəmiyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Şeyxülislam A.Paşazadə Azərbaycanın sivilizasiyalararası dialoq və dinlərarası əməkdaşlıq prosesində fəal iştirakını, həmçinin Vatikanda martın 9-da keçiriləcək İftar mərasimində Roma Papasının müraciətinin əhəmiyyətini qeyd edib. QMİ sədri, həmçinin işğaldan azad olunmuş ərazilərdə dini və mədəni irsin bərpası, məscid, kilsə və məbədlərin yenidən inşası barədə məlumat verib.

Son xəbərlər

Müasir təhsil, milli-mənəvi dəyərlər və vətəndaş məsuliyyəti

Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətindən AÇIQLAMA VAR

"Dini şəxsi məqsədlər üçün istismar etməklərinə imkan verməməliyik”

Vüsar İsmayılov: Azərbaycan iqtisadi tərəqqinin və təhlükəsizliyin ən etibarlı tərəfdaşlarından biridir

Geyimlərdəki fərqlilik şagirdin diqqətini təhsildən yayındırır - Nəsib Məhəməliyev

Azər Badamov:Milli dəyərlərin qorunması və dünyəvilik təhsil siyasətinin əsas prinsipləridir

Əhliman Tağıyev: Heç kim din pərdəsi altında dövlətin qanunlarına meydan oxumağı özünə haqq saya bilməz

Dünyəvi təhsil və milli kimlik - Azərbaycanın gələcəyini qoruyan dəyərlər

Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir

Təhsildən başlayan ideoloji təhlükəsizlik: mənəvi dəyərlərlə qanunun aliliyinin vəhdəti

İdeoloji təhlükəsizlik: milli-mənəvi dəyərlərə və dünyəvi dövlətçilik prinsiplərinə sadiqlik

Bakıda 200-dən çox adam saxlanıldı

Komitə sədri: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Milli QHT Forumu: Milli dəyərlərin və dünyəvi təhsilin qorunması üçün ictimai həmrəylik vacibdir

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

YAP Astara rayon təşkilatında VIII Qurultaydan irəli gələn məsələlər müzakirə olunub+FOTO

Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

XX ƏSRİN ƏN NÜFUZLU İQTİSADÇISI KEYNS NİYƏ NOBEL SÜLH MÜKAFATI ALA BİLMƏYİB?

"DƏYƏR VERDİYİN İŞLƏRƏ DƏSTƏK OLMAQ": Nobel mükafatı laureatları pullarını nəyə xərcləyirlər?

Cəbrayılda minaya düşən şəxsin atası da minaya düşüb

Rəqəmsal məkanda kibertəhdidlərə qarşı vətəndaş məsuliyyəti gücləndirilməlidir - MÜSAHİBƏ

Müstəqil xarici siyasətin digər mühüm dayağı güclü iqtisadiyyat və iqtisadi müstəqillikdir

Orta Dəhlizdə Azərbaycanın artan rolu...

Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir

YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı müşavirə keçirilib

İlk dəfə bacısı və qardaşı ilə foto paylaşdı

Fidan Mansurova BU VƏZİFƏYƏ təyin olundu - FOTO

Dini komitənin sədrindən MESAJ: "Gənclər xurafatla sağlam dini yanaşmanı fərqləndirməlidir"

MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə

Tahir Mirkişili: Azərbaycanın Məşvərət görüşünə tamhüquqlu qoşulması regional əməkdaşlıq üçün yeni imkanlar yaradır

YAP Sumqayıt şəhər təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub

Prezidentdən SƏRƏNCAM - Yüksək vəzifəyə təyin olunanSəbuhi Əliyev kimdir?

Bütün xəbərlər