“ABŞ ümid edir ki, birbaşa dialoq uzun müddətdir ki, Ermənistan və Azərbaycanı ayıran məsələlərin həllinə gətirib çıxaracaq və biz bu dialoq vasitəsilə davamlı sülhə nail olacağımıza ümid edirik", - Dövlət Departamentinin nümayəndəsi Ned Prays gündəlik mətbuat brifinqində deyib.

Yada salaq ki, N.Prays bir neçə gün əvvəl də ABŞ-ın Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun təşviqi üçün Aİ, ATƏT, digər beynəlxalq təşkilatlar və həmfikir tərəfdaşlarla ikitərəfli əlaqələri davam etdirdiyini demişdi.

Azərbaycan və Ermənistan 2020-ci ildəki müharibədən sonra dəfələrlə Qərb və Rusiya tərəfinin vasitəçiliyi ilə görüşüblər. Tərəflərin arasında Gürcüstanın da vasitəçilik addımları məlumdur. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç hələ bir müddət əvvəl demişdi ki, hər iki paytaxtda “siyasi iradə olarsa”, danışıqlar vasitəçi olmadan keçirilməlidir. “Bakı ilə İrəvan arasında intensiv, əhatəli və nəticəyönümlü birbaşa danışıqlar aparılmayınca, Ermənistan və Azərbaycan arasında sülh olmayacaq”.

Müharibədən qalib çıxan Azərbaycanda hakimiyyətin vəziyyətə nəzarəti daha güclü sayılsa da, Ermənistandakı siyasi mühit daha fərqlidir. Belə ki, burada baş nazir Nikol Paşinyan müstəqil qərarlar verə bilmir. Azərbaycanla danışıqlara qatılan kimi Paşinyan “Ermənistanın maraqlarına zidd sənədlər imzalamağa hazırlaşır” iddiası ortaya atılır. Bu iddianı isə həm güclü erməni diasporası, həm də ictimai rəyə hələ də ciddi təsiri olan kilsə xadimləri dəstəkləyir. Belə bir mühitdə isə Ermənistanın kənar vasitəçiyə ehtiyacı yaranır. Paşinyan da bu səbəbdən gah Makronun, gah Şarl Mişelin ətəyindən yapışmalı olur. Bəs ekspertlər İrəvanla birbaşa danışıqların perspektivini necə qiymətləndirirlər?

DİA.AZ-ın məlumatına görə, politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, birbaşa danışıqlar aparılması barədə fikirlər son bir ildə tez-tez səslənir: “Ancaq bu platforma reallaşmır, daha doğrusu, reallaşmasına kənar güclər imkan vermir. Vasitəçilərin olması, özü də saylarının çoxluğu danışıqların müsbət nəticələnməsinə əngəl olur. Çünki vasitəçilər prosesin gedişində öz maraqlarının həyata keçməsinə çalışırlar, nəinki danışıqların ciddi nəticələrlə sonuclanmasına. Çox zaman isə vasitəçilər sülhün əldə olunmasına mane olurlar, sülh sazişinin imzalanmasına meyllənən Ermənistana təzyiq edib onu fikrindən daşındırırlar. Bu baxımdan da ən uyğun variant birbaşa danışıqlardır. Bu variantı bir müddət əvvəl Türkiyə xarici işlər naziri də təklif etmişdi”.

M.Sadəddinov təəssüflə qeyd etdi ki, bu platformanın da perspektivləri çox ümidverici deyil. Ona görə ki, həmin o vasitəçilər yenə də müxtəlif yollarla Ermənistan hakimiyyətinə təsir göstərəcəklər və sülh sazişini imzalamağa imkan verməyəcəklər: “Həmin ənənəvi vasitəçilər imkan verməyəcəklər ki, proses tamamilə onların nəzarətindən çıxsın və məsələni Ermənistanla Azərbaycan öz aralarında həll etsin. Azərbaycan vasitəçilərsiz danışıqlara hazırdır. Təzyiqlərdən isə çəkinmir. Lakin Ermənistan formal müstəqil dövlətdir və müstəqil qərarlar qəbul edə bilmir. Ona görə də beynəlxalq oyunçulardan asılıdır və onların istəyinə qarşı çıxıb Azərbaycanla birbaşa danışıqlara gedə bilmir. Əslində Ermənistan özü də Azərbaycanla birbaşa danışıqlarda maraqlı deyil. Çünki bilir ki, haqsız tərəf özüdür və buna görə həmişə çalışır ki, danışıqlarda hansısa beynəlxalq oyunçu vasitəçi olsun. Bununla Ermənistan həm də vaxt uzatmaq istəyir. Məsələnin digər tərəfi odur ki, ABŞ Azərbaycanla Ermənistanın birbaşa danışıqlarını istəyirsə, Rusiya buna mane olacaq”.

Politoloq Elçin Mirzəbəyli isə birbaşa danışıqları təşviq edənlərin məqsədini açıqladı: “Onlar birbaşa danışıqların Ermənistanın əlini mümkün qədər daha çox gücləndirməklə, prosesi daha da intensivləşdirməklə, həmçinin Azərbaycana təzyiq göstərməklə və Azərbaycanın Ermənistana təzyiq imkanlarını maksimum azaltmaqla gerçəkləşməsini istəyirlər. Bu yanaşma mahiyyət etibarilə Azərbaycan torpaqlarının işğal altında olduğu dönəmdə sərgilənən münasibətdən heç nə ilə fərqlənmir. Məsələn, ATƏT-in Minsk Qrupunun mövcud olduğu dönəmdə həmsədrlər Ermənistanın mövqelərini möhkəmləndirmək üçün mümkün olan hər şeyi edir, işğalçı ilə işğala məruz qalan arasında fərq qoymur, yaxud birinciyə daha böyük üstünlüklər tanıyır, Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin zəiflədilməsi, müqavimətinin azaldılması üçün ən müxtəlif istiqamətlərdən total hücumlar, kampaniyalar təşkil edir və sonra isə "tərəflər öz aralarında razılığa gəlsin" deyirdilər. Minsk Qrupu mövcud olmasa da, eyni yanaşmaların, birbaşa danışıqlarda da qabarıq şəkildə özünü büruzə verməyəcəyinə hər hansı bir zəmanət varmı? Düşünürəm ki, yoxdur".

E.Mirzəbəyli vurğuladı ki, hazırda keçmiş həmsədrlərin arasında fikir ayrılığı var və Rusiyanın mövqeyi ABŞ və Fransanın yanaşmasından fərqlənir. Fransa isə əvvəlkindən daha aqressiv və daha qəzəbli siyasət yürüdür, Ermənistandan daha çox həyasızlıq nümayiş etdirir: “Təsəvvür edək ki, danışıqlar birbaşa davam etdirilir, Rusiya zəmanətçi ölkə kimi oyundan tamamilə kənarda qalır, 10 noyabr 2020-ci il bəyanatı da tarixin bir küncünə atılır və Rusiya da yaranmış vəziyyətə uyğun davranışlar sərgiləməyə, regiondankənar oyunçuların bölgədəki proseslərdə önə keçmələrinə adekvat reaksiya verməyə başlayır. Rusiyanın xüsusilə də indiki şəraitdə reaksiyasının necə olacağını təxmin etmək, düşünürəm ki, çətin deyil. Belə bir vəziyyət yaranarsa, Rusiya nə ABŞ-la, nə də Fransa ilə birbaşa qarşı-qarşıya gəlməyəcək. Bu gün dünyada və postsovet məkanında baş verənlərin mənzərəsinə nəzər salmaqla reallıqları görmək mümkün olduğu üçün təfərrüata varmaq istəmirəm. Qənaətimə görə, mövcud şəraitdə rəsmi Bakı ən doğru olanı edir və regionda balansın ciddi şəkildə pozulmasına imkan yaratmamaqla proseslərin məcradan və nəzarətdən çıxmasına imkan vermir. Azərbaycan prosesin ayrı-ayrı dialoq platformaları üzərindən yox, təklif etdiyi prinsiplər üzərindən inkişafında maraqlıdır və bu da, düşünürəm ki, ən doğru yanaşmadır”

Son xəbərlər

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Tahir Mirkişili: Aqrar sektorun sənaye ilə inteqrasiyası üçün dəyər zənciri qurulmalıdır

Azərbaycanın bugünkü gücü uzunmüddətli dövlətçilik siyasətinin nəticəsidir

İlqar Ağabəyov: Prezident İlham Əliyevin VIII Qurultayda çıxışı Azərbaycanın qarşıdakı inkişaf prioritetlərini müəyyənləşdirir

Fazil Məmmədov nazir müavini təyin olundu

“Müəllimlərin maaşı mənim dövrümə nisbətən artıb” - Misir Mərdanov

Gənclər milli sənət nümunəsini yaşadan və inkişaf etdirən iştirakçı olmalıdır - AÇIQLAMA

VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir

YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb

Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı

Mahirə Əsədova: Prezidentin müəyyən etdiyi sosial-iqtisadi hədəflər sahibkarlıq üçün yeni imkanlar yaradır

Ulu Öndərin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi

ÜRƏKLƏRİ BİR, HƏDƏFLƏRİ ZİRVƏ OLAN İKİ QARDAŞ ÖLKƏ

Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

ANS-in keçmiş işçisinə yüksək vəzifə verildi -YENİLƏNDİ

Hüseynova Sevinc: VIII Qurultay: qarşıdakı dövr üçün yeni yol xəritəsi

Prezidentdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM

YAP VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır

VIII Qurultay: Zəfərdən sonra Azərbaycanın teni strateji hədəfləri

VIII Qurultay: qarşıdakı dövr üçün yeni yol xəritəsi

İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi

Tahir Mirkişili: Azərbaycanın iqtisadi siyasətində əsas hədəf maliyyə dayanıqlığını real iqtisadi artıma çevirməkdir

Deputat Azər Badamov Qusarda növbəti vətəndaş qəbulu keçirib

Azər Badamov: 3 Oktiyabrda xalqımız Heydər Əliyevə göstərdiyi etimadla ölkəmizin gələcək inkişaf yolunu müəyyənləşdirdi

Könül Nurullayeva: "Süni intellekt və pilotsuz sistemlər Azərbaycanın müdafiə imkanlarının inkişafında mühüm rol oynayır"

Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya etmiş dövlətlərə söz verilib - FOTO

Rusiya Hindistana nota verdi

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Professor Mahirə Hüseynovanın "Geniş təfəkkürün ensiklopedik elmi baxışları"-YAZI

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Pərvin Kərimzadə: Azərbaycanın gələcəyi dövlətçilik siyasəti və milli birliklə təmin olunur

Bütün xəbərlər