Ermənistanda dini-siyasi savaş alovlanır:  Qərb niyə susur?


“Ermənistanda hakimiyyətlə dini və siyasi qüvvələr arasında qarşıdurma müxtəlif mərhələlərdən keçib və hazırda kifayət qədər gərgin bir fazaya daxil olub. Təhlil göstərir ki, bu prosesdə bir neçə mühüm amil rol oynayır. Ən başlıcası Ermənistanın ənənəvi geosiyasi orbitini dəyişməyə çalışmasıdır. Xüsusilə də Rusiya ilə tarixi əlaqələri zəiflədərək, Qərb mərkəzli əlaqələri gücləndirmək istəyir. Bu isə öz növbəsində tarixi bağlılıqda olan dairələrin etirazına səbəb olur və onlar hakimiyyətə qarşı maliyyə, siyasi, təlimat və informasiya dəstəyi ilə çıxış edirlər"

Millixeber.az xəbər verir ki, vunu Moderator.az-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc deyib.

Deputat əlavə edib ki, Ermənistanda Katalikosluq institutunun ənənəvi mövqelərinə zərbə vurulur, dövlətin din üzərindən klerikal modeldə mövcudluğuna son qoyulur. Bununla da dini dairələr hakimiyyətdən uzaqlaşdırılır və ölkə üzərində onların nüfuzu zəiflədilir:

“Mən hesab edirəm ki, burada xüsusilə Qərb dövlətlərinin davranışları ciddi təhlilə ehtiyac duyur. Azərbaycan, Gürcüstan və digər ölkələrlə müqayisədə Ermənistana verilən reaksiyaların səbəbi odur ki, Paşinyanı önə çıxararaq qərbyönümlü siyasətini müdafiə etməyə çalışırlar. Məqsəd Qafqazda Qərbin maraqlarını davamlı irəli aparmaqdır. İkinci Qarabağ müharibəsi bölgənin geosiyasi mənzərəsini köklü şəkildə dəyişib, çünki Qərbin maraqları sıxışdırılıb kənara qoyulub. Qərb, xüsusilə Gürcüstanda Saakaşvili dönəmindəki kursdan geri çəkildiyindən, Gürcüstana qarşı maliyyə sanksiyaları tətbiq edir, iqtisadi əlaqələri azaldır və hüquqi vasitələrlə Gürcüstan hakimiyyətinə təzyiq göstərir.
O cümlədən, əgər Azərbaycanla bağlı belə məsələlər mövcud olsaydı, dini mərkəzlərin rəhbərlərinə qarşı bu cür addımlarlar atılmış olasaydı böyük reaksiya vermiş olardılar. Azərbaycan dövləti və hüquq-mühafizə orqanları dini etiqad adı altında xarici ölkələrin kəşfiyyat dairələrinə xidmət edən qüvvələrə qarşı tədbirlər gördükdə, Avropa Parlamentində, Avropa Şurasında və onların nəzarətində olan beynəlxalq mediada sistemli şəkildə Azərbaycan əleyhinə fikirlər səsləndirilir.
Bu baxımdan Ermənistandakı vəziyyətə onların nisbi dözümlü yanaşmasının əsas səbəbi ilk növbədə Rusiya amilidir. Əgər Qərb Paşinyana qarşı təzyiq göstərsə, onun nüfuzu zəifləyəcək və o, təzədən Rusiya mövqeyinə qayıda bilər. Əks halda, Rusiya tərəfdən qüvvələr hakimiyyətə gəlsə, bu, Qərbin maraqlarına ciddi zərbə vuracaq.
İkinci mühüm amil isə Azərbaycanın təsiridir. Qərb bilir ki, Paşinyanın mövqeyinin zəifləməsi İrəvan üzərində Bakının artan hakimiyyətini gücləndirəcək. Azərbaycan müharibədə qalib gəlib, regionun siyasətini diktə edir və bu vəziyyət Paşinyanın əlini zəiflətmiş olur".

Millət vəkili vurğulayıb ki, üçüncü amil dinlə bağlıdır. Onlar düşünürlər ki, Amerika və Qərb dairələri ilə müəyyən dini əlaqələr olsa da, ictimai aksiyaları və kampaniyaları həyata keçirən qüvvələr əsasən Kremlin və onun ətrafındakı dairələrin təsiri altındadır. Buna görə də siyasi hakimiyyət Paşinyanı sıxmaq mövqeyindən geri çəkilir və onu müəyyən mənada himayə edir:
“Qərbin mövqeləri, insan haqları, demokratiya məsələləri deyil, hansı ki, Paşinyanı dəfələrlə demokratiya sammitlərinə qoşurlar onu bu bölgənin guya demokratiya adası kimi qələmə verirlər. Zamanında Saakaşvilinin üzərinə qoyduqları missiyanı sanki indi bu günləri İrəvan hakimiyyətinin üzərinə yönəldiblər və mahiyyət etibarilə bu bölgədə Qərbin mənafeləri uğrunda mübarizədir. Ermənistan maksimum dərəcədə hazırda Qərbdən maliyyə və siyasi dəstəyi qoruyub saxlamağa çalışır. Ona görə də Rusiya yönümlü, hətta parlament üzvlərinin həbsi və digər addımların atılması hər hansı bir sanksiyalara səbəb olmur. Çünki faktiki olaraq Paşinyanın hakim rol oynayan dairələr yaxşı bilirlər ki, onların münasibətləri həmişə siyasi, öz mənafeləri uğrunda mübarizə olubdur. Azərbaycan faktiki olaraq Qərbin diktəsi ilə durub oturmur. Məsələn, Ukrayna kimi. Ona görə də bax belə bir vəziyyətlə qarşılaşırıq”.

Son xəbərlər

İlqar Ağabəyov: Prezident İlham Əliyevin VIII Qurultayda çıxışı Azərbaycanın qarşıdakı inkişaf prioritetlərini müəyyənləşdirir

Fazil Məmmədov nazir müavini təyin olundu

“Müəllimlərin maaşı mənim dövrümə nisbətən artıb” - Misir Mərdanov

Gənclər milli sənət nümunəsini yaşadan və inkişaf etdirən iştirakçı olmalıdır - AÇIQLAMA

VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir

YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb

Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı

Mahirə Əsədova: Prezidentin müəyyən etdiyi sosial-iqtisadi hədəflər sahibkarlıq üçün yeni imkanlar yaradır

Ulu Öndərin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi

ÜRƏKLƏRİ BİR, HƏDƏFLƏRİ ZİRVƏ OLAN İKİ QARDAŞ ÖLKƏ

Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

ANS-in keçmiş işçisinə yüksək vəzifə verildi -YENİLƏNDİ

Hüseynova Sevinc: VIII Qurultay: qarşıdakı dövr üçün yeni yol xəritəsi

Prezidentdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM

YAP VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır

VIII Qurultay: Zəfərdən sonra Azərbaycanın teni strateji hədəfləri

VIII Qurultay: qarşıdakı dövr üçün yeni yol xəritəsi

İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi

Tahir Mirkişili: Azərbaycanın iqtisadi siyasətində əsas hədəf maliyyə dayanıqlığını real iqtisadi artıma çevirməkdir

Deputat Azər Badamov Qusarda növbəti vətəndaş qəbulu keçirib

Azər Badamov: 3 Oktiyabrda xalqımız Heydər Əliyevə göstərdiyi etimadla ölkəmizin gələcək inkişaf yolunu müəyyənləşdirdi

Könül Nurullayeva: "Süni intellekt və pilotsuz sistemlər Azərbaycanın müdafiə imkanlarının inkişafında mühüm rol oynayır"

Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya etmiş dövlətlərə söz verilib - FOTO

Rusiya Hindistana nota verdi

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Professor Mahirə Hüseynovanın "Geniş təfəkkürün ensiklopedik elmi baxışları"-YAZI

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Pərvin Kərimzadə: Azərbaycanın gələcəyi dövlətçilik siyasəti və milli birliklə təmin olunur

Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu

Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay