Tədqiqatçı alimin monoqrafiyası işıq üzü görüb!


Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdçüsü, pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyevin “Qərbi Azərbaycanın idman tarixi” adlı monoqrafiyası işıq üzü görüb.

Qərbi Azərbaycanın başqa sahələrdə olduğu kimi idman tarixində də silinməz izlər qoymuş insanlarının əfsanəyə bənzər fəaliyyətləri bu gün də xalqın hafizəsində yaşamaqdadır. İdmanımızın şanlı səhifələrini yaradanların xatirəsi daim əziz tutulur. Keçmiş irsə doğma münasibət, idmançılarımızı indi yetişməkdə olan gənc nəslə tanıtmaq, yeni nəslin tərbiyəsində sələflərin həyat təcrübəsindən istifadə etmək, keçmişə hörmət və rəğbət hissinin aşılanması təqdirəlayiqdir.
Bu günlərdə Vətənimizin yeni şanlı tarixi yazılır. Şanlı tarixin ən dəyərli sözlərini Ali Baş Komandan İlham Əliyevin uzaqgörən diplomatiyasının, dünyada yüksək nüfuzunun məntiqi nəticəsi kimi Azərbaycan ordusu dedi. Fərəhli haldır ki, biz bu şanlı tarixin canlı şahidləriyik.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında bir qrup ziyalı ilə keçirdiyi görüşdə dediyi kimi: "İnşallah! O gün gələcək. Necə ki 2020-ci ildə torpaqlarımızın işğaldan azad edildiyi gün gəldi. O günün yaxınlaşması üçün hər birimiz Qərbi Azərbaycan İcmasına əlimizdən gələn köməyi əsirgəməməliyik”.
Məhs, professor (D.Q) bu zərurətin mahiyyətini dərindən dərk edərək, Azərbaycan Milli Ensiklopediyasının bədən tərbiyəsi və idman bölməsi məqalələrinin müəllifi kimi, müvafiq sənədlərə və mənbələrə istinad edərək "Qərbi Azərbaycanın idman tarıxı” adlı monoqrafiya hazırlayıb.
Oxuculara təqdim olunan bu monoqrafiyada Qərbi Azərbaycanda kütləvi bədən tərbiyəsi və idmanın XX əsrdən bu günümüzədək keçdiyi inkişaf yolu, kütləvi bədən tərbiyəsi və idmanın inkişafı, idmançıların həyatı və idman nailiyyətləri barədə ensiklopedik məlumatlar toplusudur. Monoqrafiyada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Qərbi Azərbaycan haqqında fikirləri, sərəncamları, fərmanları, monoqrafiyada Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi qələbəsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycanla bağlı fikirləri, Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşlərindən bəzi fraqmentlər və bədən tərbiyəsi və idmana göstərdiyi diqqət və qayğı, Qərbi Azərbaycan idmançılarının Olimpiya oyunlarında, dünya, Avropa çempionatlarında və beynəlxalq yarışlarda göstərdikləri nailiyyətlər konkret faktlarla işıqlandırılır.
Monoqrafiyanı yazmaqda əsas məqsəd müstəqil Azərbaycanın tarixində ilk dəfə ölkənin beynəlxalq səviyyədə tanınmış, tam bərpa edilmiş ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş idmançılarımızın xatirəsini ehtiramla yad edərək bu həqiqətləri yetişən və yetişməkdə olan nəsillərə çatdırmaq və Qərbi Azərbaycanın Olimpiya oyunlarında, respublika, beynəlxalq, Avropa və dünya birinciliklərində və çempionatlarında iştirak etmiş məşhur idmançılarının fəaliyyətini təhlil etmək, habelə, Qərbi Azərbaycanda Olimpiya və qeyri Olimpiya idman növlərinin inkişafı üçün səyləri bundan sonra da artırmaq və kütləvi hala salmaqdır.
Monoqrafiya 200 kompyuter mətni səhifəsində tərtib olunub, girişdən, 37 yarımfəsli özündə birləşdirən 8 fəsildən, rus və ingilis dillərində xülasədən, 206 istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir.
Monoqrafiya oxucuda müəyyən təəssüratlar yaradacaq, orijinal fikirlər təbii səsləndiyi üçün oxucunu yormur, incitmir, əksinə onu daha səbrli, dözümlü, tolerant olmağa həvəsləndirir.
Monoqrafiya bu sahə üzrə ixtisasçılar, qərbi azərbaycanlılar, idman ictimaiyyəti, habelə geniş oxucu kütləsi üçün faydalı olacaq.
Nəzərə almaq lazımdır ki, monoqrafiya Qərbi Azərbaycan idmançılarının tarixini belə geniş əhatə edən ilk nəşrdir.

Monoqrafiya İdman Akademiyasının Elmi şurasının 14 iyul 2023-cü il tarixli iclasında (protokol № 13) müzakirə edilərək bəyənilmiş və nəşri məqsədəuyğun sayılıb.

Dilqəm Quliyev,
pedaqogika üzrə elmlər
doktoru, professor


Son xəbərlər

Sumqayıtda “Əsrin müqaviləsindən – Suverenliyə” mövzusunda elmi-praktik konfrans keçirilib

Sumqayıtda “PeşəFest-2026” tədbiri keçirilib

Dilqəm Quliyev: Bəşər tarixində ümumi xalqın bir arzusu olub- Azadlıq!

Tahir Mirkişili:Türk dünyası Azərbaycana strateji dərinlik, Qafqaz regional çəki, İslam dünyası iqtisadi-siyasi imkanlar verir

Tahir Mirkişili Sumqayıtda növbəti vətəndaş qəbulu keçirib

Azərbaycanın Qarabağ siyasəti: sülh, quruculuq və iqtisadi inkişaf - ŞƏRH

Abşeronda Bilik Günü münasibətilə tədbirlər keçirilib

Hərbi qələbədən böyük quruculuğa: azad Qarabağ inkişaf məkanına çevrilir

Ferhat Pirinççi: Bakı Türk dünyası baxımından unikal və mühüm mərkəzdir

Burhanettin Duran: Türk dünyası güclü koordinasiya ilə hərəkət etməlidir

Tahir Mirkişili Bilik Günü münasibətilə təbrik paylaşımı edib

Pezeşkian Azərbaycanın müstəqilliyi ilə bağlı kitabı öpdü və "mütləq oxuyacam" dedi

UNEC-də “İqtisadi dinamikanın əsasları” dərsliyinin təqdimatı keçirilib

10 İLDƏN SONRA DÖVLƏT HƏR KƏSƏ YÜKSƏK GƏLİR ÖDƏMƏLİ OLACAQMI?

GENDER məsələsi, yoxsa İQTİSADİ data çatışmazlığı?

AQSİA üzvləri AYLA Plastik MMC-nin fəaliyyəti ilə tanış olublar

TƏHSİLDƏ SÜNİ İNTELLEKDƏN İSTİFADƏNİ TƏNZİMLƏMƏK MÜMKÜNDÜRMÜ?

QHT-lərin rəqəmsal dayanıqlılığı və kibertəhlükəsizliyi “NGO Tech Talks” sessiyasında müzakirə olunub

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Zəfər Nəğməsi

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Bütün xəbərlər